Britaniyalıların yarıdan çoxu Aİ-yə qayıtmağın tərəfdarıdır – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Ipsos" şirkətinin keçirdiyi və "Bloomberg" agentliyinin dərc etdiyi rəy sorğusuna əsasən, Böyük Britaniya sakinlərinin 52%-i ölkənin Avropa İttifaqına qayıtmasını dəstəkləyir. Respondentlərin yalnız 33%-i Krallığın Aİ-dən kənarda qalmasının daha yaxşı olduğunu düşünür, təxminən 10%-i isə hələ qərar verməyib. Sorğu göstərib ki, 10 il əvvəl keçirilmiş referendumun nəticələrinin dəyişdirilməsinə ən çox gənc britaniyalılar, eləcə də Leyboristlər, Liberal Demokratlar və Yaşıllar partiyasının tərəfdarları can atır. 55 yaşdan yuxarı respondentlərin yarıdan çoxu və "Reform UK" partiyasının tərəfdarları isə mövcud status-kvonun qorunmasının tərəfdarıdırlar. Qeyd edək ki, 1137 nəfərin iştirak etdiyi sorğu mayın 14-dən 20-dək keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31