Yeni Düzənə gedən yolda ölkə liderlərinin rolu-Təhlil- ÖZƏL

"Yeni Düzənə gedən yolda ölkə liderlərinin rolu" adlı bir təhlil apardım. Həmin təhlili dərc etməsəm də orada olan bəzi maraqlı faktları düşündürməyən mövzuların bol olduğu bir zamanda düşünmək üçün diqqətə çatdırmaq istədim. Dünya ölkələri liderlərinin tarixə düşəcək doğru və ya yanlış addımları:

- Prezident TRUMP`ın ən böyük səhvi Kanada və Qrenladiyaya qarşı ərazi iddiaları irəli sürməklə, Avropanı aşağılamaqla və Britaniyanın rolunu görməzliyə vuraraq Baş Naziri haqqında tənqidi fikirlər söyləməklə əslində Britaniyaya hörmətsizlik etdi. Əvəzində İran məsələsində Britaniya məkik (ingiliscə shuttle, rusca челнок) diplomatiyasını həyata keçirərək Yaxın Şərqdəki bütün oyunları pozdu. Trump`ın bu səhvi bütün müsbət siyasi və iqtisadi addımlarının təsirlərini minimuma endirdi;

- Türkiyə Prezidenti R.T. ERDOĞANın kürt kartından İrana qarşı istifadə planını pozması Yaxın Şərqdə vəziyyəti dəyşidi. İran indiyə qədər davam gətirməsinə və parçalanmamasına görə Rusiya və Çin qədər, Türkiyəyə də borculdur;

- Rusiya Prezidenti V. PUTİNin ən böyük səhvi Ukraynaya hücum idi. Bu addım Rusiya iqtisadiyyatını və demoqrafik vəziyyətini çökdürdü, təbii resursların talanmasına səbəb oldu və ümumiyyətlə Rusiyanı ən azı 40-50 il geri saldı. Bu müharibə Rusiya tarixində nə üçün ən acı, faciəvi səhifələrdən biri kimi qalacaq? Bu müharibənin təsiri Rusiyanın bundan sonrakı on illər, yüz illər ərzində demoqrafik vəziyyətinə mənfi təsir göstərəcək;

- Belarus Prezidenti LUKAŞENKOnun Belarus tarixi, xalqı və dövlətçiliyi qarşısındakı ən böyük xidməti onun Rusiya-Ukrayna müharibəsinə qarışmaması oldu. Beləliklə o xalqını qırğından, demoqrafik və iqtisadi fəlakətdən qurtardı;

- Ermənistanın Baş Naziri NİKOL PAŞİNYAN`ın ən böyük xidməti müharibədə məğlub olduqdan sonra Ermənistanın iqtisadi və texnoloji inkişafına nail olması idi. Bu onun bütün uğursuzluqlarını erməni xalqının gözündə minimuma endirdi və xəstə, şovinist təfəkkürlü erməni xalqının müəyyən dərəcədə transformasiya etməsinə töhfə verdi. Lakin, təəssüf ki, hələ tam sağalmayıblar;

- Nəhayət sonda öz ölkəmizə nəzər salaq. Azərbaycan Prezidenti İLHAM ƏLİYEV`in ən böyük tarixi uğuru və gələcək nəsillər qarşısındakı xidməti 2020-ci ildə Azərbaycan üçün yaranmış münbit şəraiti düzgün dəyərləndirmək və torpaqların alınması üçün əslində riskli pandemiya dövründə əzm və iradə nümayiş etdirərək torpaqların azad edilməsini təmin etdi. İkinci ən böyük uğur və əzmkarlıq isə məsələnin yarımçıq saxlanılmaması və Xankəndində separatçı rejimin varlığına son qoymaqla ərazi bütövlüyü və suverenliyin tam təmini oldu!

Buradakı faktlar Yeni Düzənə gedən son 15 il ərzində liderlərin ölkələrinin tarixinə düşməyə və daim xatırlanacaq səhv və ya töhfələrdir. 20-ci əsrdə liderlərin həlledici addımları, xüsusilə 1960-1980-ci illərdə iqtisadi sahələrdə liderlər tərəfindən atılan həlledici addımlarla bağlı maraqlı faktlar çoxdur!
Elman Sadıqov
İqtisadçı ekspert

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31