Ermənistan Azərbaycanla sülh sazişini rəsmiləşdirməyə hazırlaşır – ÖZƏL
11:04 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistan baş naziri Nikol Paşinyan parlamentin Dövlət-hüquq məsələləri daimi komissiyasının iclasında ölkəsinin yaxın vaxtlarda Azərbaycanla sülh sazişini təsisati şəkildə rəsmiləşdirmək (institusionalizasiya etmək) niyyətində olduğunu və bu istiqamətdə işlərin aparılacağını bəyan edib.
Baş nazir, həmçinin yaxın gələcəkdə "Sülh kəsişməsi" layihəsinin ratifikasiyası prosesinin başlamalı olduğunu vurğulayıb. Paşinyanın sözlərinə görə, bu təşəbbüs regionda vəziyyəti kökündən dəyişən mühüm bir layihədir və Ermənistanı real sülh qovşağına çevirmək məqsədi daşıyır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31