Ermənistanda parlament seçkiləri göstərdi ki...- ÖZƏL

Regionun gələcəyi revanşizmdə deyil

"Ermənistanda parlament seçkiləri ilə bağlı ilk exit-poll nəticələri göstərir ki, Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyası 56,7% səslə açıq fərqlə liderdir". "Olaylar" xəbər verir ki, bunu VHP sədrinin müavini - partiya Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib: "Bu nəticə təkcə bir seçki qələbəsi deyil, həm də Ermənistan cəmiyyətinin keçmişin imperiya asılılıqlarından və utopik xəyallardan uzaqlaşmaq istədiyinin göstəricisidir. Rusiyaya bağlı siyasi və iqtisadi dairələrin təmsilçisi Samvel Karapetyanın ikinci yerdə qalması da bunu təsdiqləyir.
Paşinyan erməni cəmiyyətini reallıqla üzləşməyə məcbur edən, onları illərlə bəslənən illüziyalardan oyatmağa çalışan siyasətçidir. Regionun gələcəyi revanşizmdə deyil, sülhdə, əməkdaşlıqda və müstəqil qərar verməkdədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31