Tiqran Abramyan: Hakimiyyətin yeganə məqsədi hər vəchlə qələbə elan etmək idi – ÖZƏL
10:34 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistan Respublika Partiyasının müxalif deputatı Tiqran Abramyan hakimiyyətin seçki məntəqələrinin 80 faizində səslərin hələ hesablanmadığı bir vaxtda, gecə yarısı təcili brifinq təşkil etməsini kəskin tənqid edib. O bildirib ki, prosesin icraçılarının yeganə məqsədi qanuni və ya qanunsuz yollarla qələbəni elan etmək olub, buna görə də qalan məntəqələrdəki nəticələr onları maraqlandırmayıb.
Hazırda Mərkəzi Seçki Komissiyası 2005 məntəqədən 1980-nin nəticələrini açıqlayıb. Mövcud rəqəmlərə əsasən, "Mülki Müqavilə" partiyası 49,85%, "Güclü Ermənistan" bloku 23,34%, "Ermənistan" bloku isə 9,96% səs toplayıb. "Çiçəklənən Ermənistan" partiyası isə 4,97% səslə barajın astanasında qalıb. Əgər ciddi dəyişiklik olmasa, yeni parlamentdə yalnız üç siyasi qüvvə təmsil olunacaq.