Əfsanə İbrahimova: "Konstitusiya məsələsi həll olunmadan Bakı yekun sülh müqaviləsini imzalamayacaq" – ÖZƏL

"Avqust 2025-ci ildə Ermənistan Baş Naziri Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev Ağ Evə gələrək ABŞ-nin vasitəçiliyi ilə bir Bəyannamə imzaladılar. Hər iki hökumət sovet dövründəki sərhədlərə əsaslanaraq bir-birinin ərazi bütövlüyünü rəsmən tanıdı və güc tətbiqindən imtina etmək öhdəliyini üstləndi.Lakin bu, yekun sülh müqaviləsi deyildi - çərçivə sənədi idi. Trampın Əliyevə ünvanladığı məktubda ABŞ-nin davamlı sülhü dəstəklədiyini, Azərbaycanın avqustda paraflandırılmış sülh sazişini irəlilətmək üçün səy göstərməsini, o cümlədən sərhəd delimitasiyası prosesini, yanvar 2026-cı ildə dörd erməni əsirin azad edilməsini, Ermənistana yanacaq göndərilməsini və iki ölkənin vətəndaş cəmiyyətlərini birləşdirən "Sülh Körpüsü" təşəbbüsünü müsbət qeyd etdiyini vurğulayır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əfsanə İbrahimova deyib: "İndi isə iyunun ayının açarına diqqət edək. İyun 7-də Ermənistanda parlamentin seçkiləri keçirilir. Mərkəzi mübarizə sahəsi ikidir: Azərbaycanla mövcud sülh sazişi və Ermənistanın geosiyasi dilemması - Rusiyaya bağlılıq, yoxsa Avropaya inteqrasiya.Son sorğulara görə, Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası qəti seçicilərin demək olar ki, 65 faizini alacağı proqnozlaşdırılır ki, bu da böyük bir qələbəyə işarə edir. Yəni Trampın "iyunda irəliləyiş" deməsi boş söz deyil - bu siyasi hesablamaya əsaslanır: Paşinyan seçkini qazanarsa, sülh prosesini davam etdirəcək mandatı olacaq.Lakin bu əsas maneə Kanustutsiya məsələsidir. Bakı Ermənistanın 1990-cı il müstəqillik bəyannaməsindəki Dağlıq Qarabağa istinadı ərazi iddası kimi qiymətləndirir və yekun sülh müqaviləsini imzalamağı Ermənistanın konstitusiyasını dəyişdirməsi şərtinə bağlayır. Paşinyan isə 2027-ci ildə referendum keçirməyi planlaşdırır. Paşinyan elan edib ki, yeni konstitusiyaya dair referendum iyun 2026 parlament seçkilərindən sonra keçiriləcək. Deməli, seçki qazanılsa, bu məsələdə addım atmaq mümkün olacaq".

Ekspert bildirib ki, əsas məsələ üçtərəfli sammit və yekun müqavilə perspektividir. Bu sual çox maraqlıdır. Belə bir ssenari mümkündür, lakin çox ehtimallı deyil - ən azından iyun üçün. Bunun səbəbləri var. Məsələn müsbət tərəflərinə nəzər salsaq, bura aid edə bilərik, Trampın diplomatik nailiyyəti sevməsi və Nobel mükafatına namizədliyi hər iki lider tərəfindən dəstəklənir. Həmçinin İlham Əliyev Avqust 2025-də dedi: "Tramp altı ayda möcüzə etdi" - bu, Trampın daha böyük bir addım atmaq üçün motivasiyasının olduğunu göstərir. Həmçinin Paşinyan seçkini qazanarsa, siyasi arxa küləyi olacaq. 
Lakin mənfi tərəfləri də var. Məsələn Konstitusiya referendumu 2027-ə kimi mümkün deyil. Həmçinin Rusiya-Azərbaycan yaxınlaşması 2025-in oktyabrında baş verib və Rusiyanın Ermənistana yenidən müdaxiləsi prosesin önünü kəsə bilər. Nəticə olaraq bildirmək lazımdır ki, Trampın işarəsi çox güman ki, yekun imza mərasimindən daha çox seçkidən sonra sürətlənən danışıqlar, bəlkə də Vaşinqtonda yeni bir toplantı deməkdir. Tam sülh müqaviləsi üçün isə konstitusiya meseləsi həll olunmadan Bakı masaya gəlməyəcək. Bu, iyun üçün deyil, 2027-ə aid bir hədəfdir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31