Cavanşir Feyziyev TÜRKPA-nın tədbirinə qatılacaq

Milli Məclisin deputatı, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının üzvü Cavanşir Feyziyev həmin komissiyanın 13-cü iclasında iştirak etmək məqsədilə iyunun 6-da Qırğız Respublikasının Bişkek şəhərinə səfər edəcək.
 Deputatımız "TÜRKPA-ya üzv dövlətlər arasında regional əməkdaşlığın möhkəmləndirilməsində yerli idarəetmənin rolu" mövzusuna həsr olunmuş iclasda üzv dövlətlər arasında əməkdaşlığın inkişafı, komissiyanın hesabatı və tövsiyə layihələri barədə müzakirələrdə iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31