Birinci vitse-prezident Mehriban Əliyeva Avropa çempionatında qazandığı qələbə münasibətilə Azərbaycan futzal milli komandasını təbrik edib
15:49 SiyasətAzərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Azərbaycan futzal milli komandasının Avropa çempionatında qazandığı qələbə münasibətilə paylaşım edib.
Paylaşımda deyilir:
"Avropa çempionatında qələbə qazanması münasibətilə Azərbaycan milli futzal komandasını təbrik edirəm. Milli komandamızın bütün üzvlərinə cansağlığı, güc, enerji, yeni qələbələr və nailiyyətlər arzulayıram!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31