Vəkil: Armen Aşotyanın saxlanılması siyasi təqibdir və söz azadlığını boğmağa yönəlib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyanın saxlanılmasından sonra onun vəkili Ruben Melikyan İstintaq Komitəsinin qarşısında jurnalistlərə bəyanat verib. Vəkil bildirib ki, müvəkkilinə qarşı irəli sürülən yeni ittihamlar tamamilə əsassız və absurd xarakter daşıyır, məqsəd isə Aşotyanın aktiv ictimai-siyasi fəaliyyətini və tənqidi çıxışlarını dayandırmaqdır. 

Melikyan istintaq sirrinə görə detalları açıqlamasa da, cinayət işinin materiallarında Aşotyanın hər hansı qanunsuz əməlinə dair heç bir birbaşa sübutun olmadığını vurğulayıb. Vəkil həmçinin Aşotyanın adından vətəndaşlara müraciət edərək, repressiya dalğasından qorxmamağa və ayın 7-də keçiriləcək seçkilərdə aktiv iştirak etməyə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31