Aİ diplomatik xidmətinin rəhbərliyində təcili dəyişikliklər gözlənilir – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Politico" nəşrinin daxili sənədlərə istinadən yaydığı məlumata görə, Avropa Xarici Fəaliyyət Xidməti ən qısa zamanda üç yüksək rütbəli rəhbər vəzifəni - baş katib və onun iki müavinini əvəzləməyi planlaşdırır. Bu mühüm postlar üçün müraciət müddəti iyunun 18-nə qədər müəyyən edilib ki, bu da Avropa İttifaqı strukturları üçün qeyri-adi dərəcədə qısa bir vaxt sayılır. Mövcud baş katib Belen Martines Karbonelin yaxın vaxtlarda Aİ-nin Meksikadakı nümayəndəliyinə rəhbər təyin olunacağı gözlənilir. 

Bildirilir ki, bu kadr islahatları və idarəetmədə funksiyaların yenidən bölüşdürülməsi Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın təşəbbüsü ilə həyata keçirilən struktur dəyişikliklərinin nəticəsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31