Rusiyalı ekspert: Paşinyana qarşı müxalif çoxluq koalisiyasının yaradılması mümkündür- ÖZƏL
12:33 SiyasətErmənistanda parlament seçkilərindən sonra Baş nazir Nikol Paşinyan əleyhinə müxalif qüvvələrin çoxluq koalisiyası yaratması həm riyazi, həm də siyasi baxımdan mümkündür. Olaylar.az xəbər verir ki, bu fikri rusiyalı politoloq Karen İgityan TASS-a müsahibəsində səsləndirib.
Ekspertin sözlərinə görə, müxalifət qüvvələri seçki baryerini keçərək kifayət qədər mandat qazana bilsələr, onları birləşdirən əsas amil mövcud hakimiyyəti dəyişmək məqsədi olacaq və bu, koalisiya hökumətinin formalaşmasına gətirib çıxara bilər.
İgityan qeyd edib ki, may ayında Gallup Beynəlxalq Assosiasiyasının keçirdiyi sorğunun nəticələri hazırkı siyasi reallığı daha dəqiq əks etdirir. Sorğuya əsasən, qərarını vermiş seçicilərin 28,8 faizi Vətəndaş Müqaviləsi Partiyasına, 14,9 faizi Güclü Ermənistan blokuna, 12,1 faizi Ermənistan blokuna, 8,7 faizi Çiçəklənən Ermənistan Partiyasına, 5,8 faizi isə Birlik Qanadları Partiyasına səs verməyə hazırdır.