Monteneqro 2028-ci ildə Aİ-yə üzv ola bilər- ÖZƏL
11:30 SiyasətMonteneqronun Baş naziri Miloyko Spajic ölkəsinin 2028-ci ildə Avropa İttifaqına qoşulmasının real olduğunu bildirib.
Olaylar.az xəbər verir ki, o, müsahibəsində qeyd edib ki, Monteneqro bu ilin sonuna və ya 2027-ci ilin əvvəlinə qədər üzvlüklə bağlı bütün danışıqlar fəsillərini bağlamağı hədəfləyir. Baş nazir bunun iddialı məqsəd olduğunu vurğulasa da, ratifikasiya prosesinin 2027-2028-ci illərdə baş tuta biləcəyini deyib.
Spayiç əlavə edib ki, yekun qərar Aİ-yə üzv dövlətlərdən asılı olacaq və hazırda əsas vəzifə qalan texniki işləri tamamlamaqdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31