Enerji diplomatiyası dövlətlərarası münasibətlərin vacib elementlərindən biridir- ÖZƏL

"Müasir dövrdə enerji diplomatiyası dövlətlərarası münasibətlərin vacib elementlərindən biridir. Azərbaycanın həyata keçirdiyi çoxşaxəli enerji siyasəti ölkənin beynəlxalq nüfuzunun artmasına, yeni tərəfdaşlıqların formalaşmasına və geosiyasi mövqeyinin möhkəmlənməsinə xidmət edir. Prezident İlham Əliyevin Bakı Enerji Həftəsində səsləndirdiyi fikirlər Azərbaycanın gələcək onilliklər üçün müəyyən etdiyi enerji strategiyasının əsas istiqamətlərini də ortaya qoydu. Bu strategiyanın mərkəzində etibarlılıq, innovasiya, yaşıl keçid və beynəlxalq əməkdaşlıq dayanır". "Olaylar" xəbər verir ki, bunu YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva deyib: "2026-cı il Bakı Enerji Həftəsinin açılış mərasimində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın enerji tarixində yeni mərhələnin manifesti kimi qiymətləndirilə bilər. Bu çıxış göstərdi ki, Azərbaycan artıq yalnız enerji ehtiyatlarına malik ölkə deyil, qlobal enerji təhlükəsizliyinin formalaşmasında iştirak edən, yaşıl transformasiyanı təşviq edən və beynəlxalq əməkdaşlığın inkişafına töhfə verən strateji güc mərkəzidir. Bakı Enerji Həftəsi isə bu gücün beynəlxalq aləmə təqdim olunduğu ən mühüm platformalardan biri olaraq öz əhəmiyyətini ildən-ilə daha da artırır. Prezident İlham Əliyevin çıxışında diqqət çəkən digər mühüm məqam enerji siyasətinin ölkənin ümumi inkişaf strategiyası ilə əlaqələndirilməsi oldu. Azərbaycan enerji gəlirlərini yalnız iqtisadi göstəricilərin yaxşılaşdırılmasına deyil, həm də infrastrukturun yenilənməsinə, sosial layihələrin icrasına və regionların inkişafına yönəldib. Bu yanaşma enerji resurslarının milli inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilməsinin uğurlu nümunəsi kimi qiymətləndirilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31