Bunker Koçaryan Müzəffər Əliyevin kölgəsindən də qorxur- ÖZƏL
12:30 Siyasət"Seçkiqabağı Robert Koçaryanın canına vəlvələ düşüb, qarnına da sancı girib. Koçaryanın əsas seçki mesajı hakimiyyətə gələcəyi təqdirdə Ermənistanın müharibədən uzaq qalacağı barədə vəd olsa da fikirləri konkret siyasi proqramdan daha çox dişini qıcaması ilə nifrət ritorikası üzərində qurulub. Onun keçmiş siyasi fəaliyyəti, tarixə qovuşdurduğumuz Qarabağ münaqişəsi ilə bağlı mövqeyi və əvvəlki bəyanatları indiki vədlərlə müqayisə edilərkən konkret ziddiyyətlərin olduğunu görürük. Psixoloji durumunun alt qatlarında isə şəxsi aqibətini sorğulaması, qorxuları hiss olunur. " Bu fikirləri Olaylar.az-a açıqlamasında Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm HƏSƏNOVA deyib:
"Bu "siyasi istehsal məhsulu" Azərbaycanın regionda artan siyasi və geosiyasi çəkisi ilə heç cür barışa bilmir. Daha acınacaqlısl isə odur ki, bunker Koçaryan Müzəffər Əliyevin kölgəsindən də qorxur. Biz axı tarix boyu öz yolumuzda olmuşuq, Koçaryan da öz şəxsi gələcəyinə daha dəqiq, aqibətinə fokus olmalıdır. Aman da verməlidir ki, camaat da özünə fokus olsun.
Azərbaycan gündəmə çevrilmir, gündəm yaradır. Koçaryan genetik kodun uyğunsuzluğu və birgəyaşayışın mümkünlüyü ya mümkünsüzlüyü arasında var-gəl edərək psixoloji ambivalent durum yaradır. Axı yemi əldə edənə qədər diş qıcanır, sonra dişlər açılır və udulur. Erməni cəmiyyəti Ermənistanı yem etməməlidir.
Azərbaycan son illərdə regional proseslərə təsir imkanlarını nəinki genişləndirib, hətta ssenari yazır və heç nəyə görə deyil, məhz elə bu səbəbdən Ermənistanın daxili siyasi müzakirələrində mühüm amillərdən birinə çevrilib. Bu kontekstdə heç nəyə yox, Prezident İlham Əliyevin çıxışlarına dərindən olmasa da, səthi olsa belə nəzər yetirmələri kifayətdir ki, Azərbaycanın rəsmi mövqeyinin Ermənistanın siyasi gündəmində diqqətlə izlənilən faktor olduğunu görəsən.
Ermənistan daxilində və xaricində revanşist ritorikanın perspektivləri yoxdur. Buna görə də Koçaryan ənənəvi seçki platforması zamanı siyasətçilərin cızılan "müharibə istəmirəm" roluna girir. Koçaryanın isə girəcəyi bir yer tarixdə düşdü, o da bunker. Bəli, sübut olunmuş fakt budur.
Çox dərinə getmək lazım deyil. Gərək bunu anlasınlar. Regionda formalaşmış yeni siyasi reallıqlar fonunda əvvəlki qarşıdurma modelinə qayıdış həm Ermənistan, həm də bütövlükdə Cənubi Qafqaz üçün əlavə risklər yarada bilər. Ermənistanın siyasi seçimlərini və Azərbaycanın regional rolunu müqayisəli şəkildə təhlil etmək lazımdır. Koçaryanın siyasi strategiyası hələ yumşaq formada tənqiddən o yana heç nə deyil. Azərbaycanın son illərdə əldə etdiyi geosiyasi mövqeni ön plana çıxartmaq isə gündəlik fəaliyyətin ana xətti olmalıdır. "
İBRAHİM MƏMMƏDLİ