Ukraynalılar üçün Rusiya vətəndaşlığına müraciətdə yeni güzəşt- ÖZƏL
14:53 SiyasətRusiya Prezidenti Vladimir Putinin imzaladığı yeni fərmana əsasən, Rusiya vətəndaşlığı almaq üçün müraciət edən Ukrayna vətəndaşları 2028-ci ilin əvvəlinə qədər cinayət keçmişi haqqında arayış təqdim etmək tələbindən azad ediliblər. Olaylar.az xəbər verir ki, fərmanda qeyd olunur ki, digər xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər Rusiya vətəndaşlığına müraciət zamanı məhkumluqlarının olub-olmamasını təsdiqləyən sənəd təqdim etməlidirlər. Bununla yanaşı, Ukrayna vətəndaşları və üçüncü ölkələr vasitəsilə Rusiyaya daxil olan vətəndaşlığı olmayan şəxslər üçün istisna qaydası tətbiq olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31