NATO Şərqi Avropada hərbi mövcudluğunu artıracaq- ÖZƏL

NATO Rumıniyada yaşayış binasının damına pilotsuz uçuş aparatının düşməsindən sonra Avropanın şərq cinahında hərbi mövcudluğunu gücləndirməyi planlaşdırır. Olaylar.az xəbər verir ki, bu barədə NATO Hərbi Komitəsinin sədri, italiyalı admiral Cüzeppe Kavo Draqone bildirib. Onun sözlərinə görə, alyans Baltik dənizindən Qara dənizə qədər uzanan vahid müdafiə sistemi formalaşdırmaq niyyətindədir.
Xatırladaq ki, mayın 29-da Rumıniyanın Qalați şəhərində çoxmənzilli yaşayış binasına pilotsuz aparat düşüb. Rumıniya hadisəyə görə Rusiyanı məsuliyyətli hesab etsə də, Rusiya Prezidenti Vladimir Putin bunun Ukraynaya məxsus PUA ola biləcəyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31