Anaklaudia Rossbax: WUF13 rekord sayda iştirakçını bir araya gətirdi
16:18 SiyasətWUF13 rekord sayda iştirakçını bir araya gətirdi və güclü, vahid bir mesaj verdi. Biz mənzil təminatının gələcəyi üçün həlledici bir məqamdayıq. Artıq hərəkət vaxtıdır. Dünya cüzi tərəqqidən sistemli transformasiyaya doğru addımlamalıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi bağlanış mərasimində söyləyib.
O bildirib ki, Bakıda verilən mesaj aydındır. Növbəti onillik sürətləndirilmiş icra, genişmiqyaslı fəaliyyət və insanların həyatında ölçüləbilən müsbət təsirlərlə xarakterizə olunmalıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31