Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının bağlanış mərasimi keçirilir - CANLI
22 May 15:20 SiyasətBakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış mərasimi başlayıb.
Mərasimdə Azərbaycan hökumətinin rəsmiləri, BMT nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, xarici ölkələrdən gəlmiş nümayəndə heyətləri, şəhərsalma və urbanistika sahəsində ekspertlər iştirak edirlər.
Qeyd edək ki, mayın 17-dən etibarən Bakıda keçirilən WUF13 çərçivəsində yüzlərlə sessiya, panel müzakirəsi, sərgi və yan tədbir təşkil olunub. Forum şəhərsalma, dayanıqlı inkişaf və urbanizasiya sahəsində dünyanın ən nüfuzlu beynəlxalq platformalarından biri hesab olunur.
Xəbər yenilənəcək
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31