BƏƏ İranın siyasi sistemi məsələsinin vətəndaşlar tərəfindən həll edilməli olduğunu bildirdi- ÖZƏL
14:43 SiyasətBirləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş hesab edir ki, İranın liderliyi məsələsi yalnız İslam Respublikası vətəndaşları tərəfindən həll edilməlidir.
"İranın siyasi sisteminin gələcəyi ölkədəki insanlardan asılıdır. Düşünmürəm ki, kimsə bizi kimin idarə edəcəyini diktə etsəydi, biz bunu istəyərik. Düşünürəm ki, siyasi sistem məsələsi iranlıların ixtiyarına buraxılmalıdır - istər onlara uyğun olsun, istərsə də bəzi dəyişikliklərə ehtiyac olsun", - Qarqaş Slovakiyanın GLOBSEC beyin mərkəzi tərəfindən təşkil edilən forumda çıxışı zamanı bildirib. Olaylar.az xəbər verir ki, o əlavə edib ki, BƏƏ İran xalqının seçiminə "hörmət etməlidir"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31