Ulu Öndərin sosial-iqtisadi inkişaf strategiyası Azərbaycanın bugünkü tərəqqisinin əsasını təşkil edir- ÖZƏL
14:39 Siyasət"Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu sosial-iqtisadi inkişaf strategiyası Azərbaycanın bugünkü tərəqqisinin əsasını təşkil edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib: "Ümummilli Liderin fəaliyyəti yalnız siyasi və dövlətçilik sahəsində deyil, eyni zamanda iqtisadi inkişaf modelinin formalaşdırılması baxımından da mühüm tarixi mərhələ olub. Ölkədə sahibkarlığın inkişafı, regionların sosial-iqtisadi dirçəlişi, özəl sektorun genişlənməsi və Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyası məhz Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin nəticəsidir.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının inkişafında oynadığı tarixi rola nəzər saldıqda aydın görünür ki, bu siyasət yalnız müəyyən dövrü əhatə edən iqtisadi proqram deyil, müasir Azərbaycanın uzunmüddətli inkişaf konsepsiyası idi. Dahi şəxsiyyətin ideyaları və müəyyən etdiyi iqtisadi inkişaf kursu bu gün də Azərbaycanın tərəqqi yolunu müəyyənləşdirən əsas strateji xətt olaraq qalır".