Azərbaycanın dünya əhalisinə verdiyi dəyərin ifadəsi- WUF13- ÖZƏL
11:42 Siyasət"Azərbaycan dünyada yüksək səviyyəli tədbirlərin mahir təşkilatçısı kimi çıxış edir. Artıq 10 ildən çoxdur ki, bir çox idman, mədəni - kütləvi tədbirlər ölkəmizdə keçirilir. Mədəni- kütləvi tədbirləri son illər daha çox siyasi və iqtisadi yönümlü tədbirlər əvəz etməyə başlamışdır. Bu gün Azərbaycan öz milli sərvətlərini milli maraqlarının əsas sütunu kimi dəyərləndirir. Dünyada ən etibarlı enerji təminatçısı kimi çıxış edən ölkəmiz bu sahəyə diqqət ayıran əsas ölkələrdəndir. Ölkəmizdə həyata keçirilən siyasiyönümlü beyin mərkəzlərinin görüşlərinin, forumlarının keçirilməsi, ümumdünya miqyasında problemlərin ölkəmizdə müzakirə olunması, həll yollarının tapılması dövlətimizin və xalqımızın nüfuzunun bariz nümunəsidir". "Olaylar" xəbər verir ki, bunu YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov deyib: "2024-cü ildə COP29 kimi böyük tədbirdən sonra 2026-cı ildə WUF13 BMT səviyyəsində meqa bir tədbirin Azərbaycanda keçirilməsi həm böyük etimad, həm də dünya əhalisinə verdiyimiz dəyərin ifadəsidir. Axı ölkəmiz bir çox taleyüklü məsələlərdə dünya əhalisini müdafiə edən bəyanatlar ilə yanaşı, əməli addımlar da atmışdır. Məsələn, Covid19 zamanı peyvəndlərin bütün dünya əhalisinə bərabər paylanması, Ukraynada baş verən müharibədə əziyyət çəkən günahsız insanların fiziki, psixoloji bərpası prosesinə güclü dəstək, müstəmləkəçilik siyasətinə sarsıdıcı siyasi, mənəvi zərbələrin vurulması, dünyanın əks qütblərinin Azərbaycanda ortaq "dil tapması" kimi bir çox töhfələrin ölkəmiz tərəfindən verilməsi bizə olan etimadı, inamı artırdı.
Güclü lider amili bizim kimi ölkələrin yerləşdikləri regionların taleyini həll edən əsas məsələdir. Azərbaycan Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin dünyada sayılıb-seçilən liderlərdən olması, ona və sözünə olan etimad Azərbaycana hər zaman başucalığı gətirmişdir. Xüsusi ilə də Vətən müharibəsindən sonra Azərbaycanın öz suveren ərazilərini tam bərpa etməsi və müharibədən dərhal sonra sülh carçısı kimi dünya əhalisinə açıq ismarıclar verməsi və əməli addımlar atması dünyada olan etimadımızı və etibarımızı daha da artırdı".