WUF13-də Azərbaycanın qədim memarlıq irsi xüsusi diqqət mərkəzində oldi- ÖZƏL

"Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq şəhərsalma platformalarında artan rolunu bir daha nümayiş etdirmişdir. Forum çərçivəsində urban inkişaf, ekoloji təhlükəsizlik və dayanıqlı yaşayış mühiti ilə bağlı mühüm müzakirələr aparılmışdır. Prezident İlham Əliyevin tədbirdə səsləndirdiyi fikirlər ölkəmizin gələcək inkişaf baxışını əks etdirən mühüm mesajlar kimi böyük maraq doğurmuşdur. Dövlət başçısı Azərbaycanın şəhərsalma siyasətinin insan amili və milli-mənəvi dəyərlər üzərində qurulduğunu xüsusi vurğulamışdır. Bu yanaşma ölkəmizin urbanizasiya prosesinə müasir və humanist münasibətini açıq şəkildə nümayiş etdirmişdir". "Olaylar" xəbər verir ki, bunu YAP Şuşa rayon təşkilatının 32 saylı ərazi partiya təşkilatının sədri Əminə Məhərrəmova deyib: "Bakı şəhərinin müasir inkişaf modeli bu gün beynəlxalq səviyyədə böyük maraq doğurur. Paytaxtda həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işləri şəhərin simasını tamamilə yeniləmişdir. Tarixi irsin qorunması ilə müasir memarlıq nümunələrinin vəhdəti Bakının özünəməxsus inkişaf modelini formalaşdırmışdır. Yeni parkların salınması, nəqliyyat infrastrukturunun yenilənməsi və ekoloji layihələrin icrası şəhərin müasir urban standartlara uyğun inkişaf etdiyini göstərir. Bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir.

Forum çərçivəsində Azərbaycanın qədim şəhərlərinin memarlıq irsi də xüsusi diqqət mərkəzində olmuşdur. Şuşa, Şəki, Gəncə və Naxçıvan kimi qədim şəhərlərimizin zəngin tarixi irsi ölkəmizin milli-mədəni dəyərlərinin mühüm tərkib hissəsidir. Bu şəhərlərdə aparılan bərpa və qoruma işləri milli irsə verilən yüksək dəyərin göstəricisidir. Tarixi memarlıq nümunələrinin gələcək nəsillərə çatdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi uğurla davam etdirilir. Azərbaycanın qədim şəhərləri bu gün dünya mədəniyyətinin mühüm nümunələri sırasında xüsusi yer tutur.

Prezident İlham Əliyev çıxışında Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq prosesinə də geniş yer ayırmışdır. Dövlət başçısı vurğulamışdır ki, həmin ərazilərdə aparılan yenidənqurma işləri müasir şəhərsalma standartlarına uyğun şəkildə həyata keçirilir. Yeni yaşayış məntəqələrinin inşası ilə yanaşı, ekoloji tarazlığın qorunmasına da xüsusi diqqət göstərilir. Müasir texnologiyaların tətbiqi və yaşıl enerji layihələrinin həyata keçirilməsi regionun gələcək inkişafına böyük töhfə verir. Bu yanaşma Azərbaycanın dayanıqlı inkişaf siyasətinin mühüm istiqaməti kimi xüsusi əhəmiyyət daşıyır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31