Gürcüstan parlamentinin komitə sədri müxalifətə xəbərdarlıq edib: "Hər bir qanunsuzluğa cavab veriləcək" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstan Parlamentinin Prosedur qaydaları və qaydalar komitəsinin sədri David Matikaşvili jurnalistlərə açıqlamasında 26 May - Müstəqillik Günündə Tbilisinin Rustaveli prospektində aksiya keçirməyi planlaşdıran müxalifətə ciddi xəbərdarlıq edib. O, vaxtilə Tbilisidə qanlı hadisələr törədənləri həmin gün ehtiyatlı olmağa çağıraraq, törədiləcək hər bir qanunsuzluğa dövlət tərəfindən qətiyyətli cavab veriləcəyini vurğulayıb. 

Matikaşvilinin sözlərinə görə, müxalifətin əsas məqsədi xaricdəki himayədarlarına hələ də siyasi arenada aktiv olduqlarını sübut etməkdir, lakin onların bu cəhdləri xalqın dəstəyini qazanmayacaq və növbəti dəfə uğursuzluğa düçar olacaq. Gürcüstanın azad və demokratik bir dövlət olduğunu xatırladan komitə sədri, cəmiyyətin bu bayramı gürcü xalqına yaraşan şəkildə, yüksək əhval-ruhiyyədə qeyd edəcəyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31