İran səfiri: "Trampın müharibə ilə nail ola bilmədiyini danışıqlar masasında da almayacaq" – ÖZƏL
11:40 SiyasətOlaylar.az xəbər verir ki, İranın Rusiyadakı səfiri Kazım Cəlali "Vedomosti" qəzetinə müsahibəsində ABŞ və İsrailin İrana qarşı hərbi hücumlarının uğursuzluğa düçar olduğunu bildirib. Səfirin sözlərinə görə, Vaşinqton əvvəlcə İranda rejim dəyişikliyinə çalışsa da, sonradan hədəflərini kiçildərək Hörmüz boğazına girişi məhdudlaşdırmaq və dəniz blokadası tətbiq etmək kimi "effektsiz" addımlarla kifayətlənib.
Cəlali vurğulayıb ki, ABŞ vaxtilə Tehranın təklif etdiyi "10 bəndlik plan"la razılaşsa da, sonradan bu öhdəlikdən geri çəkilib. Mövcud gərginliyin İranın qətiyyətini daha da artırdığını qeyd edən diplomat, Donald Trampın müharibə yolu ilə əldə edə bilmədiyi nəticələri danışıqlar masasında da qazana bilməyəcəyini, istənilən dialoqun yalnız qarşılıqlı maraqlar və kompromis əsasında mümkün olduğunu diqqətə çatdırıb.