Azərbaycan qondarma dinləmələrin boş ümid olduğunu dəfələrlə sübut edib- ÖZƏL
11:01 Siyasət"Niderland və Belçika parlamentlərinin nümayəndələr palataları yenə Azərbaycan əleyhinə qətnamələrlə gündəmə gəldilər". "Olaylar" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib: "Niderland parlamentinin nümayəndələr palatası deputat Don Sederin təklifi ilə Bakıda Azərbaycana və onun vətəndaşlarına qarşı cinayətlər törətməkdə təqsirli bilinərək həbs edilən erməni terrorçuları və qondarma erməni soyqırımının tanınması haqqında sənədlə hökumətə müraciət edib. Elə həmin gün Belçika parlamentinin nümayəndələr palatası deputat Mişel de Maqdanın oxşar məzmunlu sənədini qəbul edib. Sənəddə həmçinin Azərbaycanı könüllü tərk etmiş Qarabağ ermənilərinin geri qaytarılması tələb olunur.
Maraqlıdır, Don Sender və Mişel de Maqda Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin olduğu bir vaxtda hansı dövlətin maraqlarını müdafiə edirlər? Doğrudanmı, onlar hesab edirlər ki, bu gün Cənubi Qafqazdakı proseslərə bu cür kobud şəkildə müdaxilə və Bakı - İrəvan arasında davam etməkdə olan sülh prosesinə xələl gətirmək - Niderland , Belçika və Aİ maraqlarına cavab verir?
Beləcə, bir daha böyük şahmat taxtasında kiçik piyadalar vasitəsilə bəzilərinin gedişlər etdiyinə şahidlik etməkdəyik. Azərbaycan isə son illərdə böyük arenada mühüm gedişlər edərək bu cür qondarma dinləmələrin ancaq boş ümid olduğunu göstərmişdir".