Hindistandan ABŞ-a yuan sürprizi – İrandan alınan milyonlarla barel neftin pulu Çin valyutası ilə ödənilib

"Reuters" agentliyinin yaydığı məxfi məlumatlara görə, Hindistanın ən böyük neft emalı zavodları İrandan idxal etdikləri xam neftin dəyərini ABŞ dolları ilə deyil, Çin yuanı ilə ödəməyə başlayıblar.

Musavat.com xəbər verir ki, bu əməliyyatlar ABŞ-ın İrandakı müharibə fonunda qlobal neft qiymətlərini aşağı salmaq üçün tətbiq etdiyi müvəqqəti sanksiya güzəştləri sayəsində mümkün olub.

Hindistanın neft nəhəngləri olan "Indian Oil Corp" (IOC) və "Reliance Industries" qlobal enerji bazarındakı qiymət artımının qarşısını almaq məqsədilə Vaşinqtonun verdiyi xüsusi icazə çərçivəsində İrandan böyük həcmdə neft tədarük ediblər.

Məlumata görə, "Indian Oil" şirkəti təkcə bir yük üçün 2 milyon barel neft alıb və pulunu "ICICI Bank"ı vasitəsilə Çin yuanı ilə ödəyib.

Mənbə qeyd edir ki, sövdələşmələrdə yuanın seçilməsi gələcəkdə sanksiyaların tam bərpa olunacağı təqdirdə ABŞ-ın maliyyə sistemindən asılılığı minimuma endirmək və ödənişləri bloklanmaqdan qorumaq məqsədi daşıyır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31