Antalyada maraqlı anlar: Əş-Şaraa Britaniyanı Türkiyə suyu ilə "vurdu"
14:53 SiyasətAntalya Diplomatiya Forumunda (ADF-2026) Suriyanın keçid dövrünün prezidenti Əhməd əş-Şaraa ilə bağlı maraqlı və gözlənilməz bir epizod yaşanıb.
Musavat.com xəbər verir ki, forumun açılış mərasimində iştirak edən Suriya lideri qarşısındakı yerli su şüşəsini açarkən Britaniya ilə bağlı kinayəli bir müqayisə aparıb.
Əş-Şaraa masadakı Türkiyə istehsalı olan suyu açarkən gülümsəyərək: "Bu, Britaniyadakı sudan daha yaxşıdır", - deyə bildirib. Bu qısa, lakin mənalı cümlə zalda oturan diplomatların və jurnalistlərin diqqətindən qaçmayıb.
Müşahidəçilər hesab edirlər ki, Suriya prezidentinin bu sözləri sadəcə suyun dadı ilə bağlı deyil, Londonun Suriyadakı keçid hökumətinə və regiondakı proseslərə qarşı nümayiş etdirdiyi soyuq münasibətə diplomatik bir cavabdır. Xüsusilə son vaxtlar Böyük Britaniyanın Hörmüz boğazı ilə bağlı sammitlərdə nümayiş etdirdiyi mövqe və bəzi regional liderlərə qarşı tənqidi çıxışları fonunda Əş-Şaraanın bu "su zarafatı" əslində, dərin siyasi altmət daşıyır.