ANCA Vaşinqtonu sülh sazişinə görə tənqid edir: "Bu, Ermənistanın kapitulyasiyasıdır" – ÖZƏL
13:46 SiyasətOlaylar.az xəbər verir ki, Amerikanın Erməni Milli Komitəsi (ANCA) Kapitoli təpəsində keçirdiyi brifinqdə ABŞ-nin vasitəçiliyi ilə hazırlanan sülh sazişi layihəsini kəskin tənqid edərək, onu "ədalətsiz plan" adlandırıb.
Təşkilat iddia edir ki, sənəd erməni əsirlərin qaytarılmasını və Qarabağı tərk etmiş şəxslərin hüquqlarını təmin etmir, əksinə, Azərbaycanın Ermənistan ərazisindən 99 illik nəqliyyat dəhlizi almasını nəzərdə tutur.
Brifinq iştirakçıları bu prosesi sülh danışıqları deyil, Türkiyə və Qərbin dəstəyi ilə Azərbaycanın Ermənistana diktə etdiyi "kapitulyasiya" kimi qiymətləndiriblər. Bildirilib ki, layihə Ermənistanın suverenliyini zəiflədir və gələcəkdə ölkənin müdafiə qabiliyyətini itirməsinə yol açır. (?)
Sonda vurğulanıb ki, delimitasiya olunmamış ərazilərdə Azərbaycan qoşunlarının mövcudluğu istənilən sülh razılaşmasının icrasını sual altına qoyur.