Gürcüstan spikeri Aİ-ni ittiham etdi: “Sülh layihəsindən qarşıdurma layihəsinə çevrilir”-ÖZƏL
13:35 SiyasətGürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili Avropa İttifaqını kəskin tənqid edib.
Olaylar.az xəbər verir ki, jurnalistlərə açıqlamasında bildirib ki, Aİ tədricən sülh və əməkdaşlıq platformasından iğtişaş və qarşıdurma yaradan struktura çevrilir və buna görə "utanmalıdır".
Papuaşvilinin sözlərinə görə, ölkədə baş verə biləcək mümkün iğtişaşlarla bağlı yayılan məlumatlar ciddi araşdırılacaq. Daha əvvəl Gürcüstanın "İmedi" telekanalı müxalifət partiyalarının yeni etiraz aksiyalarına hazırlaşdığı barədə məlumat yaymışdı. Bildirilir ki, bu prosesdə Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi ilə əlaqəli şəxslərin də rolu ola bilər. Spiker iddia edib ki, bu cür iğtişaşların maliyyələşdirilməsi və təşkili Avropa İttifaqı tərəfindən həyata keçirilir. Onun fikrincə, bu, "sivilizasiyon uçurumun göstəricisidir" və Aİ-nin mahiyyətindən uzaqlaşdığını nümayiş etdirir. Papuaşvili əlavə edib ki, əvvəllər bu tip fəaliyyətlər əsasən ABŞ tərəfindən maliyyələşdirilirdi. Lakin Donald Tramp hakimiyyətə gəldikdən sonra bir sıra təşkilatların fəaliyyəti dayandırılıb və maliyyə axını kəsilib. Hazırda isə bu funksiyanın əsasən Brüssel tərəfindən həyata keçirildiyini iddia edib.