Zurabişvili İvanişvilini hədəf aldı: "Gürcüstanda diktatura Rusiyanı geridə qoyur" – ÖZƏL
13:30 SiyasətGürcüstan Prezidenti Salome Zurabişvili ölkənin qeyri-rəsmi rəhbəri hesab olunan Bidzina İvanişvilini kəskin tənqid edərək, onu ölkədə sərt diktatura rejimi qurmaqda ittiham edib.
Olaylar.az xəbər verir ki, Zurabişvili "X" sosial şəbəkəsindəki hesabında etdiyi paylaşımda Gürcüstandakı mövcud siyasi vəziyyəti Rusiya modeli ilə müqayisə edib və daha narahatlıq doğuran məqamlara diqqət çəkib.
Prezidentin sözlərinə görə, İvanişvilinin təhlükəsizlik tədbirləri ağlasığmaz həddə çatıb. Zurabişvili qeyd edib ki, Gürcüstanın cənubunda yerləşən iqamətgahlardan birinin ətrafında 50 kilometr radiusda beynəlxalq hava məkanı uçuşlar üçün bağlanıb.
Salome Zurabişvili bu addımları rejimin zəifliyi kimi qiymətləndirərək yazıb: "Gürcüstandakı diktatura hətta Rusiya modelini də üstələyir. İvanişvili ölkənin cənubundakı iqamətgahlarından birinin üzərində 50 kilometrlik radiusda beynəlxalq hava məkanını bağlatdırır. Bu, qorxudur, meqalomaniyadır (özünü böyük görmə xəstəliyi), yoxsa... bu rejimin vaxtı artıq başa çatır?"