Çin Yaponiyanı militarizmlə əlaqələrini kəsməyə çağırır-ÖZƏL

Çin Yaponiyanı səhv hərəkətlərindən əl çəkməyə və militarizmlə əlaqələrini kəsməyə çağırır. Olaylar.az xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin sözçüsü Çjan Syaoqanq Yaponiyanın rekord müdafiə büdcəsini qəbul etməsi və Tokioda silah ixracı prinsiplərinin yenidən nəzərdən keçirilməsi ilə bağlı müzakirələri şərh edərkən keçirdiyi brifinqdə bildirib.
"Yaponiya bəhanə siyasətindən əl çəkib və yenidən hərbiləşdirməni sürətləndirib ki, bu da beynəlxalq ictimaiyyətin ciddi narahatlığına və qınağına səbəb olmaya bilməz. Çin Yaponiyanı yanlış hərəkətlərini dayandırmağa və Asiya qonşularının və bütövlükdə beynəlxalq ictimaiyyətin etimadını itirməmək üçün militarizmlə əlaqələrini tamamilə kəsməyə çağırır", - deyə o vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31