Dayanıqlı sülh yalnız hüquqi institusionallaşma və konstitusion uyğunluqla təmin oluna bilər ÖZƏL

"Məlumdur ki, hazırda doğrudan da iki ölkə arasında yeni münasibətlərin əsası qoyulmaqdadır və proses tarixi mahiyyət daşıyır. Yaxın gələcəkdə və münasibətlərdə - Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması Cənubi Qafqazda post-münaqişə mərhələsinin əsas institusional sütunu hesab olunur". Olaylar xəbər verir ki, bunu Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədov deyib: "Hazırda region ətrafında və beynəlxalq proseslərdə turbulentli "k iki dövlət arasında mobil inkişaf əlaqələri üçün perspektivlər vəd edir. Rusiya - Ukrayna arasında müharibə və İran ətrafında baş verənlər Paşinyan hakimiyyətinin manevr imkanlarını genişləndirir  və daxildə qərar vermə prosesini asanlaşdırır.  Bu kontekstdə, onun hətta seçkilərdən əvvəl sülh müqaviləsinin imzalanmasını istisna etməməsi bir sıra sualları ortaya çıxarır. 
Ermənistan Konstitusiyası preambula səviyyəsində Müstəqillik Bəyannaməsinə istinad edir. Həmin sənəddə isə  Qarabağla bağlı müddəalar mövcuddur.
Bu vəziyyət aşağıdakı sualları yaradır:
-Əgər Konstitusiya dolayısı ilə ərazi iddiasını saxlayırsa, sülh müqaviləsində qarşılıqlı ərazi bütövlüyünün tanınması necə şərh olunacaq?
-Müqavilə Konstitusiyaya zidd hesab edilərsə, Ermənistan Konstitusiya Məhkəməsinin mövqeyi nə olacaq?
-Gələcək hakimiyyətlər bu ziddiyyəti siyasi alətə çevirə bilərmi?
Xatırladım ki, beynəlxalq hüquqa görə dövlətin daxili hüququ beynəlxalq öhdəliklərin icrasına maneə ola bilməz. Beynəlxalq hüququn Vyana Konvensiyasına görə (1969), dövlət daxili hüququnu beynəlxalq öhdəliklərin icrasından yayınmaq üçün əsas kimi göstərə bilməz (maddə 27). Lakin praktiki siyasətdə konstitusion ziddiyyətlər müqavilənin icrasını yuvada bilər. 
Ümumiyyətlə, qeyd edilməlidir ki, mövcud beynəlxalq və regional güc balansı Ermənistan daxilində hakimiyyət dəyişikliklərindən asılı olmayaraq, sülh gündəliyini strateji baxımdan qaçılmaz edir. Lakin bu qaçılmazlıq yalnız hərbi-siyasi reallıqla deyil, hüquqi və institusional mexanizmlərlə möhkəmləndirildiyi halda davamlı xarakter ala bilər.
Azərbaycan xarici siyasəti nəzəriyyə ilə təcrübənin düzgün tətbiq edilməsi nəticəsində uğurla davam etməkdədir. Bundan qabaqkı bəzi təhlilllərdə neorealizm və Qafqazdakı proseslər haqqında qeydlər aparılmışdı. Daha yeni yanaşmalar da vəziyyətin Ermənistan üçün çıxılmaz olduğunu göstərir. Məsələ burasındadır ki,  dövlətlərin davranışı beynəlxalq sistemin anarxik quruluşu və güc bölgüsü ilə müəyyən olunur . Dövlətlər ideoloji meyllərdən daha çox təhlükəsizlik imperativlərinə uyğun hərəkət edirlər və ya etməlidirlər. Regional güc üstünlüyü əldə edən dövlətlər status-kvonu öz xeyrinə formalaşdırmaq imkanına malik olur. 
Bu gün , qlobal aktorlar yeni reallığı qəbul etmişlər, Ermənistanın təhlükəsizlik təminat mexanizmləri zəifləmiş, Azərbaycan hərbi-strateji üstünlük qazanmışdır. 
Ermənistanda istənilən hakimiyyət aşağıdakı reallıqlarla üzləşəcək:
Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınması;
Hərbi balansın dəyişməsi;
Regional iqtisadi layihələrdən kənarda qalma riski;
Təhlükəsizlik təminatlarının qeyri-müəyyənliyi.
Bu şərtlər daxilində maksimalist və ya revizionist kurs praktik siyasətdə davamlı ola bilməz.
Dayanıqlı sülh yalnız hüquqi institusionallaşma və konstitusion uyğunluqla təmin oluna bilər.
Azərbaycanın strateji məqsədi hərbi-siyasi üstünlüyü normativ və hüquqi müstəviyə transfer etməkdir. Yalnız bu halda post-münaqişə mərhələsi davamlı regional transformasiyaya çevrilə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31