Sahibə Qafarova: “Azərbaycan mədəniyyətlərarası dialoqun sadiq tərəfdaşıdır”

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansı Forumu, Qlobal Bakı Forumu və Dünya Dini Liderlərinin Sammiti kimi mötəbər tədbirlərə ev sahibliyi etməklə mədəniyyətlərarası dialoqa davamlı töhfələr verir. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 26-da Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Asiya Parlament Assambleyasının (APA) 16-cı plenar sessiyasında çıxışı zamanı deyib. 
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə başladılmış "Bakı Prosesi" çərçivəsində keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT tərəfindən mədəniyyətlərarası və dinlərarası dialoq üçün əsas qlobal platforma kimi tanınır. 2024-cü ilin mayında keçirilmiş 6-cı Forum çərçivəsində Milli Məclis tərəfindən təşkil olunmuş Parlamentlərarası Konfrans isə bu dialoqa "parlament ölçüsü" qazandırıb.
Spiker Sahibə Qafarova çıxışında Azərbaycanın mədəniyyətlərarası dialoqun sadiq tərəfdaşı olduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31