Azərbaycan və İsrail arasında əməkdaşlıq əhəmiyyətli iqtisadi fayda gətirir – Gideon Saar

Azərbaycan və İsrail arasında strateji əməkdaşlığın inkişafı hər iki tərəf üçün əhəmiyyətli iqtisadi faydanı təmin edir.

Trend xəbər verir ki, bunu İsrail Dövlətinin xarici işlər naziri Gideon Saar bu gün Bakıda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında bildirib.

G. Saarın sözlərinə görə, İsrailin Azərbaycanda səfirliyinin açılmasından sonra iki ölkə arasında əməkdaşlıq daha da möhkəmlənib.

Nazir qeyd edib ki, 2024-2025-ci illər ərzində Azərbaycanla İsrail arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb. Belə ki, ötən ilin yekunlarına əsasən, iki ölkə arasında əmtəə dövriyyəsi 360 milyon ABŞ dolları təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31