İsrail XİN başçısı Bakıdan İrana səsləndi
13:30 SiyasətAzərbaycana 40 nəfərlik heyətlə gəlmişik. Biz Azərbaycana investisiya yatırmaq istəyirik. Azərbaycan etibarlı ölkədir və tərəfdaşdır.
Bunu İsrail Dövlətinin xarici işlər naziri Gideon Saar mətbuat konfransında bildirib.
İsrai XİN başçısı İranla bağlı danışarkən deyib ki, regionun təhlükəsizliyi üçün lazımi tədbirlər görülməlidir:
"İran öz xalqına qarşı repressiya keçirir. Öz xalqına belə davranan belə rejimə kütləvi qırğın silahı əldə etməyə imkan vermək olmaz".
İsrail XİN başçısı eyni zamanda ölkəmizi Azərbaycan və Ermənistan arasında əldə olunan sülh münasibətilə təbrik edib:
"İsrail Prezident İlham Əliyevə dost münasibətinə görə təşəkkür edir. Cənab nazir Ceyhun Bayramova da dostyana münasibətinə görə təşəkkür edirəm və sizi İsrailə səfərə dəvət edirəm".