Türkmənçay müqaviləsilə bağlı əsas materialların toplandığı arxivlər araşdırılacaq
Qafqaz Müsəlmanları İdarəsi Tiflis və Sankt-Peterburq arxivlərini araşdırmaq üçün xüsusi qrup yaradıb
22 Noyabr 2013 17:20 SiyasətAzərbaycan dövləti Qafqaz Müsəlmanları İdarəsilə birgə Türkmənçay müqaviləsindən sonra Azərbaycanla bağlı əsas arxiv materiallarının toplandığı Tiflis və Sankt-Peterburq arxivlərini araşdırmaq üçün xüsusi qrup yaradıb. ANS TV-nin müxbiri Aysel Vəliyevanın verdiyi məlumata görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsində keçirilən dəyirmi masada Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib. Qrup Şeyxülislam Hacı Allahşükür Paşazadə tərəfindən yaradılıb. Məsələyə aydınlıq gətirən Hacı Allahşükür Paşazadə bildirib ki, hazırda qrup Tiflis şəhərində işləyir. "Bu həm dünya, həm də Azərbaycan tarixi üçün çox əhəmiyyətli bir addımdır. İndi Tiflisdə araşdırmalar aparılır. Daha sonra Moskva və Sankt-Peterburqda da işlər gedəcək. Bu bizim üçün, Azərbaycan tarixi üçün çox əhəmiyyətli bir addımdır. Çünki Türkmənçay müqaviləsindən sonra Azərbaycanla bağlı əsas materiallar bu arxivlərdə toplanıb", - deyə bütün Qafqazın Şeyxi bildirib.