İran-Azərbaycan sərhədində yaşanan problemlər Milli Məclisdə qaldırıldı

"İran blokadada olan Naxçıvan üçün əlavə problemlər yaradır. Bu məsələnin ciddiliyi nəzərə alınaraq konkret münasibət bildirilməlidir". Bunu deyən millət vəkili Səyavuş Novruzovun sözlərinə görə, məsələ ilə bağlı İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərinin görüşü keçiriləcək: "Bu problemə görə hazırda onsuz da blokadada olan Naxçıvan daha bir problemlə üzləşib. Biz Xarici İşlər Nazirliyi və digər qurumlar vasitəsilə İran qarşısında bu məsələni ciddi qaldırmalıyıq. Çünki sərhəddə gündə bir qayda tətbiq etmək, gah tonnajı aşağı salmaq, gah başqa formada dəyişmək çox ciddi problemlər yaradır". Spiker Oqtay Əsədov isə bildirib ki, bu məsələ üzərində hazırda çox ciddi iş aparılır və problem tezliklə həllini tapacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00