İran və Ermənistan çaylarımızı çirkləndirir
22 Noyabr 2013 16:55 Siyasət"Ermənistan tərəfi Azərbaycana qarşı təxribatlarını davam etdirərək mütəmadi olaraq Araz çayını kimyəvi maddələrlə çirkləndirilir". Bunu millət vəkili Səyavuş Novruzov Milli Məclisdə "Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiyaya düzəlişlərin təsdiq edilməsi haqqında" qanun layihəsi müzakirəsi zamanı deyib: " Kür çayı ilə bağlı da bunu deyə bilərik. Araz çayı İran tərəfindən də çirkləndirilir və bu, neçə illərdir ki, davam edir. Artıq bu Konvensiyadan istifadə edə bilərik. Bir müddət öncə ermənilər tərəfindən çaya atılan partlayıcı maddələr Azərbaycanda bir balaca uşağın ölümünə səbəb oldu. Ermənistan bu Konvensiyanın üzvüdür və beynəlxalq normalara etməlidir". Spiker Oqtay Əsədov isə deyib ki, Ermənistan Konvensiyanın üzvü deyildi, amma 2013-cü ildə üzv seçilib. Artıq bu məsələni qaldırmaq olar.