Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri başa çatdı

Noyabrın 21-də Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Belarus Prezidentini hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00