Nərimanov rayonunda YAP-ın yubileyi qeyd edilib

Nərimanov rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib  "OLAYLAR"-ın məlumatına görə, tədbirdə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının fəalları, rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kütləvi informasiya vasitələrinin nümayəndələri və fəal gənclər iştirak edib.Tədbiri giriş sözü ilə açan Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qeyd edib ki, olduqca çətin bir şəraitdə yaranmış bu partiyanın çox qısa bir müddətdə əsl siyasi qüvvə kimi formalaşması, minlərlə vicdanlı və əqidəli insanın onun sıralarında birləşməsi bu gün bir daha Heydər Əliyev fenomeninin, dühasının qüdrətindən xəbər verir. O, vurğulayıb ki, 2003-cü ildən alternativi olmayan bu siyasəti inamla davam etdirən möhtərəm Prezident İlham Əliyevin ötən 10 ildəki əzmkar fəaliyyəti Azərbaycanın onilliklərə bərabər inanılmaz bir inkişaf yolu keçməsini təmin etməklə yanaşı, Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki alternativsiz qüvvə statusunu möhkəmləndirib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00