“İranın Azərbaycandakı tör-töküntülərinə üzümü tutub deyirəm: “Kişiliyiniz çatırsa, aksiya keçirin””
13 Noyabr 2013 15:45 SiyasətMilli Məclisin noyabrın 13-də keçirilən iclasında deputat Qüdrət Həsənquliyev İranın Naxçıvanla sərhəddi bağlamasını kəskin tənqid edib. Deputat İran rəsmilərinin bu addımını müsəlman həmrəyilyi ilə bir araya sığmadığını deyib: "Özünü İslam Respublikası adlandıran İran Naxçıvanın yolunu bağlayıb. Rusiyanın miqrasiya ilə bağlı hücumundan istifadə edən İran da fəaliyyətini gücləndirib. İran rəhbərliyi bizimlə suyu kəsən Yezid kimi davranır. Milli Məclis İslam Əməkdaşlıq Təşkilatı və BMT-yə müraciət edərək, İranin bu hərəkətini pisləməlidir". Q.Həsənquliyev yaranmış vəziyətin aradan qaldırılması məqsədilə diaspor fəaliyyətini gücləndirilməsinin vacibliyini vurğulayıb: "Əgər İrandakı azərbaycanlılar milli kimliyini dərk etsəydilər, indi mollalar cəsarət tapmazdılar ki, Azərbaycanla belə davransınlar. İranın azərbaycandakı tör-töküntülərinə üzümü tutub deyirəm: İslam həmrəyliyindən çıxış edərək, İsrail və ABŞ bayraqlarını yandırırdılar. İndi kişiliyiniz çatırsa, İrana qarşı aksiya keçirin".