Türkiyə Azərbaycanı tək qoymayacaq
Fəzail Ağamalı: “Gələcəkdə Azərbaycan öz işğal olunmuş torpaqlarını hərbi yolla azad etsə”
13 Noyabr 2013 15:39 Siyasət"İstər Azərbaycan prezidenti, istərsə də Türkiyənin dövlət başçısının Azərbaycana gəlişi iki qardaş dövlət arasındakı münasibətlərin inkişafına təkan verir". Bunu deyən millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının sözlərinə görə, bu baxımdan prezidentin Türkiyə səfəri, orada yüksək səviyyədə qarşılanması, dövlət mükafatının verilməsi, aparılan danışıqlar, imzalanan sənədlər heç şübhəsiz iki dost ölkə arasında bundan sonrakı münasibətlərin yüksək səviyyədə inkişafına əsaslar yaratdı: " Düşünürəm ki, bu da gözlənilən idi. Orada vacib olan bir məqamı tutdum. Bundan sonra Azərbaycan-Türkiyə arasında olan münasibətlər tamam fərqli bir müstəvidə inkişaf edəcək. Bu müstəvini açmaq istəmirəm, ancaq, əminəm ki, Türkiyə Azərbaycanın yanında olacaq. Gələcəkdə Azərbaycan öz işğal olunmuş torpaqlarını hərbi yolla azad etsə, Türkiyə Azərbaycanı tək qoymayacaq. Əhməd Davudoğlu İsveçrədə olanda belə bir müzakirə olub ki, 5 rayonu azad edilsə, Türkiyə Ermənistanla olan sərhədləri açacaq. Onu qeyd edim ki, əvvəldən bu fikir var idi. Həqiqətən Ermənistan işğal olunmuş torpaqların bir hissəsini, Dağlıq Qarabağ ətrafında olan torpaqları işğaldan azad edərsə, bu Azərbaycan və Ermənistan arasında da müəyyən münasibətlərin yumşalmasına, hətta, dəmir yolunun açılışına da gətirib çıxara bilər. Türkiyədə də sərhədlərin açılması gözlənilər. Düşünürəm ki, bu fikir bu gün də qüvvədə qalır. Bu nəticəyə də normal yanaşmaq lazımıdır".