Ermənilər Azərbaycan torpaqlarında hərbi təlimlərə başladı
İşğal altındakı Şahbulaq dağının ətəklərinə təlim-məşğələ məqsədilə artilleriya zərbələri endirilir
13 Noyabr 2013 14:37 SiyasətErmənistan ordusu işğal altında olan Azərbaycan torpaqlarında irimiqyaslı hərbi təlimlərə başlayıb. Ermənilər təlimə Ağdamın işğal altındakı Uzundərə adlanan ərazidən başlayıblar. İşğal altındakı Şahbulaq dağının ətəklərinə təlim-məşğələ məqsədilə artilleriya zərbələri endirilir. Bu dəqiqələrdə də atəş səsləri Ağdamın, Ağcabədinin və Bərdənin təmas xəttinə yaxın ərazilərində aydın eşidilir. ans
Qeyd edək ki, hərbi təlimlər bu saatlarda da davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00