Milli Şuranın hədəfləri məlum deyil

Prezident seçkilərindən sonra Milli Şuranın buraxılacağı ehtimal edilsə də, hələlik qurum passiv də olsa öz fəaliyyətini davam etdirir. Buna baxmayaraq bir çox siyasilər Milli Şuranın əvvəlki güc və imkanlara malik olmadığı qənaətindədirlər. Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclu da belə düşünür. "OLAYLAR"-a verdiyi açıqlamada AMİP rəsmisi deyib ki, indiki situasiyada Milli Şuranın heç bir hədəfləri məlum deyil: "Bu mücərrədlik və müəmma qurumu hara aparacaq bilinmir. Həqiqətən də bu çox düşündürücüdür. Hesab edirəm ki, Milli Şurada təmsil olunan siyasilər də bunun fərqindədirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00