Politoloqlar ermənilərin işğal altında olan rayonları qaytarması xəbərini şərh ediblər
Zərdüşt Əlizadə: "Qondarma erməni soyqrımının ildönümü ərəfəsində Türkiyədə bu cür xəbərlər yayılır"
13 Noyabr 2013 12:16 Siyasət"Türkiyə Azərbaycanın torpaqlarının geri qaytraılması ideyasını sadəcə olaraq populyarlaşdırır. Əslində bu problemi böyük dövlətlər həll etməyə çalışır. Bu sözləri politoloq Qabil Hüseynli İrəvanın Azərbaycanın işğal altında olan 5 rayonu geri qaytarması ilə bağlı yayılan xəbərləri şərh edərkən söyləyib. Onun fikrincə Rəsmi İrəvanın Azərbaycanın 5 rayonun geri qaytarcağı ilə bağlı xəbərləri Türkiyənin xidmətinə yazmaq düzgün deyil: "Bu məsələ Rusiyanın Ermənistanı məcbur etməsi nəticəsində real görünür ".
Politoloq Zərdüşt Əlizadə isə mərhələli şəkildə rəsmi İrəvanın Azərbaycanın işğal altında olan 5 rayonun geri qaytarmağa çoxdan razı olduğunu söyləyib.
Zərdüşt Əlizadə, qondarma erməni soyqrımının 100 illiyi ərəfəsində, Türkiyənin Ermənistana qarşı təziqləri azlatmaq üçün Türkiyə-Ermənistan sərhədinin açılaсağı ilə bağlı xəbərlər yaydığını söyləyib: "Azərbaycan Qarabağı geri qaytarmaq istəyirsə Türkiyə-Ermənistan münasibətlərinin reallaşmasına şərait yaratmalıdır".
Xatırladaq ki, Ermənistanın işğal etdiyi beş rayonu qaytarmağa hazır olması ilə bağlı xəbər ötən gün Türkiyə hakim dairələrinə yaxın "Todays Zaman"da dərc olunmuş məqalədə yer alıb."Todays Zaman"ın Türkiyə Xarici İşlər Nazirliyində (XİN) işləyən mənbəsinin verdiyi məlumata görə, Türkiyə 1915-ci ildə baş verdiyi iddia edilən qondarma erməni soyqırımının 100 illiyi qeyd ediləcək 2015-ci ilə kimi Ermənistanla münasibətləri bərpa etməyə çalışır. Qəzetin məlumatına görə, Azərbaycan bəyan edib ki, əgər İrəvan ən azı Dağlıq Qarabağ ətrafındakı 7 işğal olunmuş rayondan 5-ni qaytararsa, Türkiyə - Ermənistan sərhədinin açılmasına etiraz etməyəcək.
"İrəvan da həmçinin bildirib ki, beş rayonu qaytarmağa hazırdır", - deyə nəşrin mənbəyi vurğulayıb.ans