“Azərbaycanın enerji layihələri müharibənin başlamasına əngəl olur”
13 Noyabr 2013 11:38 SiyasətErməni politoloq Aleksandr Markarov yerli mətbuata açıqlamasında bildirib ki, Dağlıq Qarabağda ikinici müharibənin başlaması mümkün deyil. Markarov qeyd edib ki, Rusiyanın regional məsələlərdə aktiv iştirakı müharibənin yenidən başlamasının qarşısında ən böyük əngəldir: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır". Markarov Rusiyanın Ermənistandakı 102-ci Gümrü bazasının komandanı polkovnik Ruzinskinin açıqlamasını onun şəxsi fikri olduğunu deyib: "Ruzinski sadəcə olaraq Rusiya-Ermənistan hərbi əlaqələri kontekstindən məsələyə belə münasibət bildirib. Rusiyanın Cənubi Qafqazda müharibə istəməməsinin başlıca səbəbi federasiyanın KTMT-də söz sahibi olmasıdır. Müharibəni əngəlləyən digər faktor isə Azərbaycanın bölgədə reallaşdırdığı beynəlxalq enerji layihələridir. Ermənistan da digər tərəflər kimi məsələnin sülh yolu ilə həllinin tərəfdarıdır". ("OLAYLAR "İA)