Edvard Şarmazanov: “Türkiyə Azərbaycanı atıb Ermənistanı razı salmaz”

Ermənistan parlamentinin sədr müavini Edvard Şarmazanov yerli mətbuata açıqlamasında bildirib ki, artıq ölkəsinin Gömrük Birliyinə üzv olmasının qarşısında heç bir problem qalmayıb. Şarmazanov qeyd edib ki, Serj Sərkisyanın Minsk səfərində məsələ öz həllini tapıb. Ermənistanın GB-da iştirakı üçün İşçi Qrupu da təsis edilib. Şarmazanov Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsinə də toxunub. O, vurğulayıb ki, indiki vəziyyətdə Türkiyənin Ermənistanın cavablarına müsbət yanaşması mümkün deyil: "Xarici işlər naziri Əhməd Davudoğlu son çıxışında qətiyyətlə bildirdi ki, Ermənistan işğal edilmiş Dağlıq Qarabağdan çıxacağı təqdirdə sərhədlər açıla bilər. Türkiyə bu gün konkret olaraq Azərbaycanın milli maraqlarına sadiqdir. Ona görə də Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Ermənistanın maraqlarına cavab verəcəyi inandırıcı deyil". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00