Rusiya XİN və Minsk Qrupundan Qarabağda dəhşətli müharibə xəbərdarlığı

Rusiya Xarici İşlər Nazirliyi və ATƏT-in Minsk Qrupu həmsədrləri yeni bəyanat yayıblar. İran mətbuatının məlumatına görə, bəyanatda bildirlir ki, Dağlıq Qarabağda ikinci müharibənin başlanması daha faciəli nəticələrə gətirib çıxara bilər. Həmçinin bəyanatda qeyd edilib ki, rəsmi Moskva və Minsk Qrupu məsələnin həllindəki mövqeyi dəyişməz olaraq qalır. Tərəflər münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan başçısı Serj Sərkisyanın növbəti görüşü noyabrın sonunda baş tutacaq. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00