Ermənistanda ordu yoxdur

Səməd Seyidov: “ Ermənistan ordusu bir qrup silahlı quldurdan ibarətdir”

Azərbaycan və Türkiyənin bayraqları müqəddəsdir. Odur ki, bu bayraqları heç vaxt heç kəs tapdalaya bilməz. Ermənilər bu cür məntiqə sığmayan hərəkətləri ilə bir daha onu göstərirlər ki, Ermənistan tərəfi sülhə hazır deyil, öz üzərinə götürdüyü öhdəlikləri icra edə bilmir". Bunu Milli Məclisin beynəlxalq əlaqələr komitəsinin sədri Səməd Seyidov erməni əsgərlərinin Azərbaycan və Türkiyə dövlət bayrağına hörmətsizliyini əks etdirən kadrları şərh edərkən bildirib: "Ermənistan bu cür hərəkətləri ilə regionda distabilizasiya faktoru kimi özünü bütün dünyaya nümayiş etdirir. Əminəm ki, ermənilər ordu daxilində belə məsələləri həyata keçirirlərsə, deməli həmin ordu bir qrup qanunu pozan və başqa dövlətin torpağını işğal etmiş insanlar kimi qiymətləndirilməlidir. Bu o deməkdir ki, Ermənistanda sözün əsl mənasında ordu yoxdur. Ermənistan ordusu bir qrup silahlı quldurdan ibarətdir. Bunlar əllərinə silahları götürüb başqa dövlətlərin bayraqlarını təhqir edirlər. Bütün bunlara bir söz demək olar. Bütün bunlar gücsüzlüyün əlamətidir. Yəqin ki, erməni əsgərinin gücü yalnız buna çatır. Ona görə də televiziyada göstərməkdən başqa heç bir imkanı və əlacı qalmır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00