Bakıya gələn ilk erməni kim olacaq? – Tarixi səfərlə bağlı maraqlı detallar

Son günlər Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanacağı, kommunikasiyaların tezliklə açılacağı haqda pozitiv şərhlər, proqnozlar səsləndirilir. Bunun çox da uzaq olmayan dövrdə reallaşağına artıq kimsə şübhə etmir. 

Bəs bundan sonra ilk qarşılıqlı gəliş-gediş necə həyata keçiriləcək? Bakıya ilk səfəri ErmənistanBaş naziri Nikol Paşinyan, yoxsa digər rəsmilər edəcək? Müharibə etmiş ölkələr arasında bu cür "ayaqaçdı" diplomatiyası adətən necə baş verir? 

Olaylar.az xəbər verir ki, Globalinfo.az-a danışan Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı deyib ki, müharibədən sonrakı səfər diplomatiyasının dünya praktikasında müxtəlif nümunələri mövcuddur:

"Bəzən belə səfərlər kiçikdən böyüyə doğru təşkil olunur. Yəni, əvvəlcə qeyri-hökumət təşkilatlarının nümayəndələri, ziyalılar, daha sonra isə rəsmi şəxslər ilk addımları atır. Müəyyən hallarda bu proses Çin və ABŞ nümunəsində olduğu kimi idmançılar vasitəsilə həyata keçirilə bilər. Lakin əks model də mövcuddur. Məsələn, 1930-cu ildə Afina-Ankara müharibəsindən sonra Yunanıstan Baş nazirinin Türkiyəyə yüksək səviyyəli səfəri bu münasibətlərin yeni mərhələyə keçməsinə səbəb olub. Səfər diplomatiyasında hər iki yanaşma mümkündür. Əsas odur ki, ictimai rəy buna hazır olmalı və Ermənistandakı revanşist meyllər minimuma endirilməlidir".

Araz aslanli 123

Araz Aslanlı

A.Aslanlı qeyd edib ki, ən gec 2026-cı ilə qədər iki ölkə arasındakı ilk səfərləri görəcəyik:

"Bu səfərlər ehtimal ki, ziyalılar, qeyri-hökumət təşkilatları və jurnalistlər səviyyəsində olacaq, ya da birbaşa iki dövlət arasında, yaxud çoxtərəfli formatda həyata keçirilə bilər. Bütün bu variantlar mümkündür. Hazırda bunun üçün psixoloji atmosfer də uyğundur. Beynəlxalq tədbirlərdə iştirak yolu ilə də ilk səfərlərin baş tutma ehtimalı mövcuddur. Yəni birbaşa digər ölkəyə səfər etmək əvəzinə, tərəflər beynəlxalq tədbirlər çərçivəsində bir araya gələ bilərlər. Xüsusən, parlament nümayəndələri hər iki tərəfdən bu cür tədbirlərdə iştirak edə bilərlər".

Politoloq Xəqani Cəfərli isə bildirib ki, sülhmüqaviləsi imzalandıqdan sonra ilk səfərləri "ayaqaçdı"ları diplomatlar həyata keçirir:

Xəqani Cəfərli

"Çünki sülh müqaviləsinin imzalanmağı ilə bütün məsələlər dərhal həll olunmur. Gediş-gəlişi, əməkdaşlığı müəyyən edəcək onlarla sənəd imzalanmalıdır. Bunun üçün ilk səfərləri diplomatlar, rəsmi şəxslər və ardınca media təmsilçiləri edəcəklər. Bunun ardınca biznes dünyasının, bank və mobil operatorlar, internet provayder şirkətlərinin təmsilçiləri ilk əlaqə quranlar olacaqlar. Şübhəsiz ki, vətəndaş cəmiyyəti təmsilçiləri də gələnlər arasında olacaq. Ən son isə sıravi insanlar səfər edəcəklər. Güman ki, "ayaqaçdı" edən tərəf Ermənistan olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31